Hindistan Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb.
QHT.az xəbər verir ki, İran sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonnasının hərəkəti qeydə alınıb. İrandan Ermənistana daşınan yükün hərbi məqsəd daşıdığı aydındır. Məlumdur ki, Ermənistan və Hindistan 400 milyon dollardan artıq hərbi müqavilə imzalayıblar.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib ki, Hindistan Ermənistana hər cür dəstək verir: “Bir məqamı başa düşə bilmirəm. Hər ay Bakıda Hindistan mallarının sərgisi keçirilir. Xeyirdimi? Nə üçün o malları bizim nümayəndələr alıb pulunu Ermənistana ötürürlər. Hindliləri birmənalı ölkədən çıxartmaq lazımdır”.
Pərvanə Fərhadqızı












