Moskva vilayətinin Kubinka yaxınlığında təyyarə tipli dron qəzaya uğrayıb.
QHT.az xəbər verir ki Dron Kubinkadakı hərbi obyektlərdən birinin ərazisinə düşüb. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur. Hazırda hadisə yerinə baxış keçirilir.
Bundan əvvəl fövqəladə hallar xidməti üç pilotsuz təyyarənin müxtəlif vaxtlarda Moskvaya doğru hərəkət etdiyini bildirilib. Elektron müharibə vasitəsi ilə onlardan ikisi Yeni Moskvada Valuevo kəndi ərazisində, biri Kaluqa vilayətində yatırıldı. Tələfat və dağıntı olmayıb.
Pərvanə Fərhadqızı












