Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisad elmləri doktoru Elşad Məmmədov, hazırkı geosiyasi hadisələrin sosial siyasətə təsirinə dair açıqlamalar verib.

QHT.az xəbər verir ki, Elşad Məmmədovun sözlərinə görə, dünya miqyasında baş verən müharibələr və siyasi münaqişələr sosial müdafiə sistemlərinə böyük təsir göstərir. O, Ukrayna ilə Rusiya arasındakı müharibənin Ukrayna üçün yaratdığı problemlərdən danışaraq, xüsusən saxta əlillik statuslarının təyin olunması ilə bağlı ciddi sosial problemlərə toxunub. Məmmədov bildirib ki, bu problemlər Ukraynanın müdafiə qabiliyyəti və sosial dayanıqlığı üçün çətinliklər yaradır.

Elşad Məmmədov Azərbaycanın sosial müdafiə sistemində həyata keçirilən islahatlardan bəhs edərək, son illərdə ölkədə əlillik təyinatlarının rəqəmsallaşdırıldığını və sistemin şəffaflığının artırıldığını vurğulayıb. 2018-ci ildən bəri tətbiq edilən islahatların sosial səmərəliliyi artırmaqla yanaşı, makroiqtisadi sabitliyə də dəstək verdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda sosial paketlər və dövlətin sosial xərcləri artırılaraq, vətəndaşların rifahı yaxşılaşdırılıb, iqtisadi fəallıq artıb. Məmmədov Azərbaycanın sosial müdafiə siyasətinin hərbi gücə də təsir etdiyini əlavə edib. 

 

rvanə Fərhadqızı