Ali İqtisadiyyat Məktəbinin tədqiqatçıları miokard infarktı keçirmiş xəstələrdə fəsadların yaranma riskini proqnozlaşdıran maşın öyrənmə modeli hazırlayıblar. Model ilk dəfə olaraq genetik məlumatları nəzərə alıb, bu da uzunmüddətli fəsadların riskini daha dəqiq qiymətləndirməyə imkan verir. 

QHT.az xəbər verir ki, ÜST-ün məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ən çox yayılmış ölüm səbəbidir və ölüm hallarının 13%-ni təşkil edir. Buna görə müalicəni düzgün təyin etmək və ağırlaşmaların və residivlərin riskini azaltmaq vacibdir. 

Tədqiqatçılar, 2015-2024-cü illər ərzində miokard infarktı ilə qəbul edilən xəstələrin məlumatlarını təhlil edərək, bir neçə maşın öyrənmə alqoritmi ilə fəsadların riskini proqnozlaşdıran model qurublar. Ən yaxşı nəticəni CatBoost alqoritmi verib. Tədqiqatda cins, bədən kütləsi indeksi, komorbidliklər, VEGFR-2 gen variantı və statin dozası kimi 9 mühüm amil seçilib. Nəticələr göstərib ki, statinlərin yüksək dozası əlverişsiz genotipi olan xəstələrdə.fəsadların inkişaf riskini azaldır.

 

R.İmanov