"2011-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondu, gənclərin intellektual və fiziki inkişafını dəstəkləmək üçün qrantlar təqdim edir".

QHT.az xəbər verir ki, bu sözləri Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov bildirib. Onun sözlərinə görə, eyni zamanda, “Gənclər evi” şəbəkəsi ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərərək, yeniyetmə və gənclərin bilik və bacarıqlarını artırmağa çalışır. Ayaz Hüseynov, dövlətin yaratdığı imkanlardan gənclərin maksimum yararlanmasını və ölkə inkişafına töhfə vermələrini ümid edir.