Gəncə Regional Qadın Mərkəzi ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsində nəzərdə tutulan tədbirləri uğurla davam etdirir.

 
Layihənin məqsədi məktəblərdə Gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir.
 
Xəzər rayonu Qala kənd 185 nömrəli tam orta məktəbin 8-9-cu siniflərində təhsil alan qız və oğlan şagirdlərlə seminar təşkil edilmişdir. Seminarda iştirakçılara Gender bərabərliyi, ölkədə və dünyada bu sahədə olan qanunlardan, möcud qanunvericiliyə görə bərabər imkanlardan bərabər istifadə etmək haqqında məlumat verildi. Məqsəd bu sahədə məluatlılığın artırılması idi. Şagirdlərə həmçinin təhsildə mövcud olan gender göstəriciləri, həmçinin Xəzər rayonunun təhsil göstəriciləri ilə bağlı müzakirələr aparıldı. Təhsil aldıqları məktəbdə təhsildən yayınma və onun fəsadları izah edildi.
Cəhalətdən qurtarmağın yolunun təhsil olması konkret misallarla şagirdlərə izah edildi. Şagirdlərin valideynləri ilə keçirilmiş görüşdə onlar gender biliklərini artırdılar. Valideynlərlə aparılan müzakirələrdə övladları ilə bağlı bir çox məsələlər – təhsil göstəriciləri, təhsildən yayınmanın səbəbləri, qızların təhsil hüquqları, valideyn-məktəb münasibətləri, şagirdlərin peşəyə maraqları və s. müzakirələr edildi.
 
185 saylı məktəbin rəhbərliyi və müəllimləri ilə keçirilmiş görüşdə təhsildə gender göstəriciləri müzakirə edildi. Məktəbin gender sahəsində, dərsə davamiyyət, məktəb-icma münasibətlərinin qurulması, icma ilə iş, qızların təhsilə cəlb edilməsinin yolları, valideynlərin məktəbə cəlb edilməsi və s. əsas müzakirə mövzusu oldu. Növbəti mərhələdə şagirdlərin universitetlərə infoturu gözlənilir.
 
Layihə fəaliyyətləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş gender bərabərliyi, Azərbaycan Respublikasında qəbul edilmiş Gender bərabərliyi haqqında qanunun məqsədlərinə uyğun olaraq davam edir. Layihə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.