Füzuli şəhər gününün qeyd edilməsi ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlama verib. 

O, bildirib ki, Füzulinin işğaldan azad edilməsi 44 günlük müharibənin əsas önəmli bir mərhələsi idi:

"Məhz bu şəhərin azad edilməsindən sonra müharibənin sürəti daha da artıdı. Füzuli şəhər gününü qeyd edərkən bu şəhərdə aparılan intensiv quruculuq işlərini də qeyd etməliyik".