Azərbaycan Respublikasında ezamiyyə xərclərinin bölgüsü ilə bağlı yeni tənzimləmələr açıqlanıb.

QHT.az xəbər verir ki, mövcud normaya əsasən, ölkə daxilində ezam olunan şəxslərin gündəlik ezamiyyə məbləğinin aşağıdakı qaydada bölünməsi nəzərdə tutulur:

  • 70% – mehmanxana xərcləri,
  • 25% – gündəlik yemək xərcləri,
  • 5% – şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər.

Ezamiyyə xərcləri ilə bağlı daha ətraflı məlumat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəsmi saytında təqdim olunub: maliyye.gov.az.