İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli müstəqilliyin Azərbaycanın iqtisadiyyatı üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, 30 ildən çox işğal altında olan ərazilərin azad olunmasının ölkə iqtisadiyyatına müsbət təsirlərini analiz edib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, işğal altında olan 20% ərazi, 1 milyondan çox məcburi köçkün, sosial problemlər və büdcə xərcləri ölkənin iqtisadiyyatına ciddi təzyiq göstərib. "İşğaldan azad olunmuş bölgələrimiz iqtisadiyyata qayıdaraq ildə 10 milyard dollar dəyər yaradacaq," – deyə o əlavə edib. QHT sədri bu bölgələrdə kənd təsərrüfatı, turizm və sənaye potensialının genişlənəcəyini, yeni iş yerlərinin açılacağını və investisiyaların cəlb olunacağını bildirib. O, həmçinin, ərazinin bütövlüyünün bərpasının ölkənin iqtisadi inkişafını daha da irəlilədəcəyini vurğulayıb.

E. Kərimli, "Problemlərin çoxu həll olub, məskunlaşma prosesi başlayacaq və Azərbaycanın iqtisadi imkanları genişlənəcək," – deyə qeyd edib.
 

 

Pərvanə Fərhadqızı

QHT.az