Hava şəraitinin soyuq olmasına baxmayaraq, Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası nikbin ruhda davam edir.
QHT.az xəbər verir ki, İctimai TV əməkdaşı, Qarabağ müharibəsi veteranı Şöhrət Eyvazov artıq 5 gündür fasiləsiz olaraq aksiyanı işıqlandırır.
Həmkarımız Ş.Eyvazov bildirdi ki, sosial şəbəkə hesabımızda ekoetirazçıların Xankəndi – Laçın yolundan- hadisənin mərkəzindən çəkilişlərimiz fasiləsiz və bir başa yayımlanır:”Baxış sayından və sosial istifadəçi rəylərindən anlamaq olur ki, Azərbaycan ictimaiyyətin nəinki gözü bu ərazilərdədi, hətta ürəyi də bizimlədir.
Azərbaycan ordusunun ekoetirazçıların təhlükəsizliyini diqqətlə qoruması, aksiyadakı iştirakçıların həmrəyliyi, sanki bir ailənin üzvləri kimi bir –birinə qarşı qayğı göstərməsi, vətənpərvər soydaşlarımızın onları zəriri ehtiyaclarının(yemək, isti çay, şirniyyat, qalın geyim, iynə-dərman) ödəməsi izləyicilərin diqqətindən yayınmayıb.
Bəli, 5 gündür .Azərbaycan mediası nəinki öz soydaşlarımıza , eyni zamanda bütün dünyaya sübut edir ki, Xankəndi- Laçın yolunda baş tutan etiraz aksiyası ermənilərin dünyaya sırımaq istədiyi böhtan və yalanlarla heç bir əlaqəsi yoxdu. Ermənistan rəsmilərinin, eləcə də Qarabağdakı separatçı qurumun “Azərbaycan Qarabağ ermənilərinə təzyiq göstərir” yalanlarını tirajlasa da, çəkilən videolar bunun əksini göstərir.
Fikrimizdə yanılmadığımızın sübutu da odur ki, You-Tube səhifəmizdə birbaşa –canlı paylaşılan videoların rəy bölümündə tək azərbaycanlılar yox, bir çox xalqların nümayəndələri rəy bildirir.
Azərbaycan gerçəkliklərini heç bir şərh, təbliğat aparılmadan verilməsi xarici ölkələrinin vətəndaşlarında əməlli-başlı fikir dəyişikliyi yaradıb. Nə vaxtsa erməni yalanlarına uyub, Azərbaycana qarşı fikir səsləndirənlər hazırda etiraf edirlər ki, onlar Azərbaycanın haqq mübarizəsini düzgün qiymətləndirə bilməyiblər.
Bütün dünya 5 gündür görür ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası dinc aksiydır və haqlı bir prosesdir.
Bu gün xeyli sayda başqa ölkələrin nümayəndələrinin hadisələr haqqında düzgün şərh verməsi birbaşa Azərbaycan mediasının Ermənistan mediası üzərində qələbəsi də deməkdir”.
Qeyd edək ki, bunadək ekofəallar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istifadəsinin qarşısının alınmasını və həmin yataqlarda monitorinqlərin aparılmasını tələb edirdilər.
Əntiqə Rəşid












