Ramil İskəndərli – Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri 
Avropa İnsan Hüquqları Məhkəməsi hələ 2019-cu ildə Ermənistanda qanunsuz mədən sənayesi istismarı ilə bağlı qərar çıxarmışdı

Cari ilin İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev ekoloji tarazlıqla bağlı məsələlərə öz çıxışında toxunmuşdur. 
 

Prezident İlham Əliyev öz çıxışında qeyd etmişdir ki, “Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib”.

 

QHT-lərin müraciəti
Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodu 1991-ci ildə qəbul edilmiş Espo Konvensiyasının ciddi şəkildə pozulması deməkdir. QHT-lər Ermənistanın baş naziri Nikol Paşinyana həmin ölkənin dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın dayandırılması ilə bağlı QHT-lərimiz tərəfindən açıq məktub ünvanlandı. Həmin məktubda 12 bənd üzrə dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərəri göstərildi və həmin obyektlərin tezliklə fəaliyyətini dayandırması tələb olundu.

 

Beynəlxalq hüquqi aspektlər
Məsələnin beynəlxalq hüquqi tərəfinə gəldikdə Azərbaycanın burada sərgilədiyi mövqeyi yenə də beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara əsaslanır, o cümlədən Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyanın və onun əlavələrinin təsdiq edilməsi barədə Espo Konvensiyasına əsaslanır. 

 

Azərbaycan və Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Konvensiyanın Espo Konvensiyasının tərəfləridirlər. Konvensiyanın müddəalarına görə, transsərhəd zonasında hər hansı bir sənaye obyekti tikilərkən onun ətraf mühitə təsiri qiymətləndirilməli, həmin transsərhəd ölkə ilə müzakirə edilməli və razılaşdırılmalıdır.
 

Ermənistan üyni zamanda hələ də Transsərhəd Su Hövzlərinə dair Helsinki Konvensiyasına qoşulmamaqla öz çirkin niyyətini bir daha göstərir. Bütün çağırışlara baxmayaraq eyni niyyətləri ilə transsərhəd bir çayın bu dərəcədə çirklənməsinə şərait yaradırlar. Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyası transsərhəd yeraltı sulardan istifadə edən tərəfdaş ölkələrin öhdəlikləri, transsərhəd yeraltı sulardan ədalətli istifadə, yerüstü və yeraltı sulardan kompleks istifadə, informasiya mübadiləsi, fəaliyyətlərin koordinasiyası və digər məsələləri tənzimləyir.
 

Beynəlxalq presedentlər
2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin işlətməsinə icazə verməklə regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb. 

 

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub;
 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın Lori vilayətinin iddiaçılarının xeyrinə qərar çıxarıb. Ermənistan məhkəmələrinin altı şikayətçinin hamısı onların mülkiyyət hüquqlarının və insanların sağlam mühitdə yaşamaq hüququnun Ermənistan dövləti tərəfindən pozulmasından söhbət gedirdi. Təxminən üç il mübarizədən sonra məhkəmə bu iddiaları dəstəklədi və hökumətə ümumi məbləği 69.400 avro olan yekun qərar verdi. 
 

Qeyri-hökumət təşkilatlarının rolu
Çox vacib məqamlardan biri də Prezident İlham Əliyevin bu məsələdə qeyri-hökumət təşkilatlarının göstərdiyi prinsipial mövqeni qiymətləndirərək öz çıxışında pozitiv məqam kimi qeyd etməsi olmuşdur. Belə ki, Prezident çıxışında qeyd edir ki, “bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar”.
Bizim rolumuz

 

Öz növbəmdə qeyd etməliyəm ki, biz QHT-lərin müraciətlərini dəstəkləməklə yanaşı, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi olaraq cari ilin iyun ayının 9-da əvvəlində BMT-nin ətraf mühitin mühafizəsi üzrə Xüsusi Məruzəçisi cənab Devid R. Boyda müraciət ünvanlamışdır və Arazdəyəndə yerləşən metallurgiya zavodunun Cənubi Qafqaz regionunda ətraf mühitə törətdiyi mənfi təsirləri qiymətləndirməyi və Ermənistanın bu fəaliyyətinə qiymət verməsini təklif etmişdir. Eyni zamanda təşkilatımız və bizim ekspertlər təmsil olunduqları beynəlxalq şəbəkələrdə, BMT və ATƏT-nin insan hüquqları ilə bağlı tədbirlərində hər zaman Ermənistanın Azərbaycana qarşı törətdikləri beynəlxalq humanitar və insan hüquqları pozuntuları barədə obyektiv məlumatın beynəlxalq ictimaiyyətə effektiv yollarla çatdırılmasına səy göstərməkdədir.  


2022-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Rusiya səfirliyi qarşısında bəyanatın səslənməsi və dekabrın 12-dən etibarən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladığı dinc etiraz aksiyasınımn ilk günlərində iştirak etmişik. 

 

Dövlət orqanlarının rolu
Prezident İlham Əliyev Ermənistanın bu təhlükəli praktikadan əl çəkməsi ilə bağlı dövlət orqanları qarşısında konkret tapşırıqlar qoymuşdur. Hesab edirəm ki, hər bir aidiyyatı olan dövlət orqanları, ekologiya məsələri və hüquq məsələləri ilə məşöul olan dövlət orqanları bu tapşırıq istiqamətində öz fəaliyyətini səfərbər etməlidirlər. Buraya həm mərkəzi icra orqanları, hüquq-mühafizə sektoru, hüquq icması, diplomatik orqanlar, elmi-tədqiqat institutları, beyin mərkəzləri öz təkliflərini hazırlamalıdırlar. 

 

Hansı addımlar atıla bilər?
Hesab edirəm ki, əsas etibarilə aşağıdakı addımlar ilk növbədə atılmalıdır:
-    Birbaşa zərərçəkmiş qismində Arazdəyən bölgəsinə yaxın Azərbaycan ərazilərində yaşayan şəxs və şəxslər fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə müraçiət edilməsində peşəkar vəkillər vətəndaşlara dəstək göstərə bilər,
-    Azərbaycan dövləti Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistan dövlətinin Espo Konvensiyası müddəalarını pozması ilə bağlı Ermənistana qarşı müvəqqəti təminat tədbir olaraq olaraq, Arazdəyəndə Metallurgiya zavodu tikintisinin dərhal dayandırılması barədə ərziə ilə müraciət edə bilər,
-    Ermənistanın dağ-mədən sənayesində investisiya qoymuş şirkətlərə ekologiya və ətraf mühitə ziyan vurmamaqla bağlı BMT-nin Biznes və İnsan Hüquqları sahəsində tövsiyələri və şirkətlərin korporativ sosial məsulliyət siyasəti həmin şirkətlərə xatırladılmalıdır. 
-    Qeyri-hökümət təşkilatları beynəlxalq ictimaiyyətə bu məsələ ilə bağlı həqiqətlərin çatdırılmasında aktiv rol oynayaraq, mücadiləni davam etdirməlidirlər.