Mayın 8-i saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində şərti sərhəddə ekskavatorumuzu atəşə tutub.

QHT.az  bildirir ki, bu barədə Axar.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.