Elməddin Behbudun "Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabı" nəşr olunub. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzurdan seçilmiş millət vəkili, yazıçı, türkçü Məhəmmədsadıq Aran haqqında ölkəmizdə nəşr edilən ilk kitabdır.
QHT.az xəbər verir ki, M.Aran sovet rejiminə qarşı aramsız mübarizə aparan və bu istiqamətdə yüzlərlə kitab, məqalə yazan azsaylı insanlardandır. Bu kitabda M.Aranın iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb. Kitabda eyni zamanda M.Aranın xaricdə yaşayan doğmalarının xatirələri də yer alıb.
20 illik axtarış və araşdırmaların nəticəsi olan bu kitab Cümhuriyyət və mühacirət dövrünün öyrənilməsi baxımından qiymətli mənbədir.










