Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilmiş “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanmış sosial çarxı təqdim edirik.
QHT.az xəbər verir ki, layihənin məqsədi əlilliyi olan insanların hüquqlarının təşviqi, əlilliklə bağlı stereotiplərin aradan qaldırılması və əlliliyi olan şəxslər üçün inklüziv və müyəssər mühitin yaradılması olub.
R.İmanov












