Əlil Təşkilatları İttifaqı “Fəlakət risklərinin azaldılması üzrə əlilliyi olan şəxsləri əhatə edən inklüziv siyasətlərin təkminləşdirilməsi” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi çərçivəsində Əlil Təşkilatları İttifaqı tərəfindən “UNİVERSAL DİZAYN” Müyəssərlik və Əlillik Adaptasiya Avadanlıqları MMC-nin icra dəstəyi ilə reallaşdırılır. Layihənin icra müddəti 8 aydır və Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Qubada həyata keçiriləcəkdir.

Fəaliyyətlər:

  • Hazırlıq işləri, təşkilati və texniki işlər
  • Tədqiqat və məlumatların toplanması və tədqiqat hesabatının hazırlanması
  • Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması üzrə təlim kursları
  • Əlillik daxil olmaqla fəlakət riskinin azaldılması siyasətlərinə dair tövsiyələr üzrə konseptual sənədin hazırlanması

Layihədə həyata keçirilən fəaliyyətlər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 11-ci maddəsinə, Dayanıqlı İnkişaf Məqsədi 11-ə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun maddələrinin tələblərinə uyğun həyata keçirilməsi nəzərdə tutulub.

Nəticələr:

  • Əlilliyi əhatə edən fəlakət riskinin azaldılması siyasətləri üzrə hökumətə tövsiyələr üzrə konseptual sənədin hazırlanması
  • Maraqlı qurumların nümayəndələrinin, məsələn, Fövqəladə Hallar Nazirliyi və digər qurumların əlillik daxil olmaqla, fəlakət riskinin azaldılması üzrə idarəetmə tələbləri haqqında biliklərinin təkminləşdirilməsi.
  • Tövsiyələr üzrə konseptual sənəd milli və beynəlxalq mütəxəsislər tərəfindən müvafiq dövlət və QHT- lərin rəyləri nəzərə alınaraq hazırlanacaqdır. 

 

Pərvanə Fərhadqızı