Aprelin 6-da tarixində Hüquq və İnsan Haqları İnstitutunun Həmkarlar Təşkilatı əməkdaşların sağlamlığını qorumaq məqsədilə İnstitutda “Dünyaya açılan pəncərəmiz" adlı aksiya təşkil edib.
QHT.az xəbər verir ki, FOCUS OPTİKA, Celamik Göz Klinikası və İnstitutun Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada İnstitutun əməkdaşları ixtisaslı həkimlər tərəfindən tam ödənişsiz müayinə olunaraq tibbi yoxlanışdan keçiblər.
Görmə qabiliyyəti zəif olan əməkdaşlara yerindəcə aidiyyatı tibbi xidmət göstərilib, məsləhətlər verilib və ambulator müalicə üçün müvafiq reseptlər yazılıb. Ümumilikdə, İnstitutun 49 əməkdaşı bu aksiyadan faydalanıb.












