Deputat Vüqar İskəndərov növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İammverdiyev də iştirak edib.
QHT.az xəbər verir ki, seçicilər əsasən sosial, məşğulluq, səhiyyə, kommunal xidmətlər və s. sahələr üzrə müraciətlərini səsləndiriblər. Həlli mümkün olan müraciətlər qeydə alınaraq aidiyyatı üzrə yönləndirilib. Deputatın səlahiyyətində olan məsələlər isə yerindəcə həllini tapıb.






