Mərkəzi Bank uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 8.25% səviyyəsində dəyişməz saxlayıb.
QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu qərar inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və makro-iqtisadi stabilliyin qorunması məqsədilə qəbul edilib: "Uçot dərəcəsinin sabit saxlanılması kredit faizlərinə hələlik ciddi təsir etməsə də, depozit faizlərində artım müşahidə olunur. Mərkəzi Bankın bu qərarları, gəlirlik əyirisi ilə yanaşı, kredit və depozit bazarına təsir göstərməyə davam edir".










