Azərbaycan Respublikası Milli Məclisinin Deputatı Vüqar Bayramov Füzuli rayon Horadiz şəhərində qəbul günü keçirib.

QHT.az xəbər verir ki, görüş zamanı 30-dan çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı yerində dövlət qurumları ilə əlaqə saxlayaraq qərarlar qəbul edilib. Sakinlərin müraciətləri məşğulluq, sosial yardım, mənzil təminatı, təhsil, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırılıb.

Qeyd edək ki, Horadiz şəhərində təşkil olunacaq növbəti görüşdə iştirak etmək istəyən həmyerlilər deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlayıb öncədən qeydiyyatdan keçə bilərlər.

 

Pərvanə Fərhadqızı