Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsi çərçivəsində nəzərdə tutulan təlim kursları artıq yekunlaşıb.

 

Belə ki, layihənin fəaliyyət planına əsasən Qusar bölgəsində yaşayan qadınların iştirakı və bəhrələnməsi üçün nəzərdə tutulan “Kompyuter bacarıqları” və “CV yazmaq və İş axtarmaq bacarıqlarının öyrədilməsi” təlimləri uğurla sona yetib.

 

Son tədbir zamanı “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri və layihə rəhbəri layihə, layihənin məqsədi, layihədən gözlənilən nəticələr haqqında məlumat verərək layihənin önəmindən danışıb, iştirakçıların suallarını cavablandırıb.

 

Qeyd edək ki, layihə çərçivəsində qarşıya qoyulan əsas vəzifə və ümumi məqsəd Qusar bölgəsində yaşayan qadınlar üçün məşğulluq imkanlarının genişləndirilməsi və gücləndirilməsi məqsədi ilə qadınların işsizliyini aradan qaldırmağa yönəlmişdir.

 

“Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsi çərçivəsində təlimlərdə fəal iştirak edən və uğurlu nəticələr göstərən 16 qadın layihədən bəhrələnmiş, sertifikatla təltif olunmuşdur.