Çinin Daxili Monqolustan muxtar bölgəsində şaxtada baş verən qəzada 57 nəfər dağıntılar altında qalıb.
Çinin şimalındakı Daxili Monqolustan muxtar bölgəsində Alxa Liqasında Kömür mədəni çöküb.

QHT.az xəbər verir ki, bölgəyə təxminən 200 nəfərdən ibarət xilasetmə qrupu və təcili yardım göndərilib.

Çin mediası dağıntılar altında 57 nəfərin qaldığını bildirib. Hadisə ilə bağlı araşdırma başlanarkən, hadisə yerində xilasetmə əməliyyatı davam edir.