Çinin Liaonin əyalətinin Panjin şəhərində kimya fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Partlayış bölgəsində itən 12 nəfərin axtarışları davam edir.
QHT.az xəbər verir ki, Çinin Liaonin əyalətinin Panjin şəhərindəki kimya fabrikində partlayışdan sonra yanğın baş verib.
Əraziyə sövq edilən yanğınsöndürənlər alovu nəzarət altına alsa da, qara tüstü səmanı bürüyüb
Hadisədə 2 nəfər həyatını itirərkən, 34 nəfər yaralanıb.
Partlayış bölgəsində itkin düşən 12 nəfərin isə axtarışına başlanılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.












