Cəsarət Hüseynzadə
İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyin sədri
QHT.az saytının rəhbəri
AŞPA-nın Azərbaycana münasibəti qərəz və ikili standartlar prinsipi üzərində qurulub.
30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövrdə ölkəmiz müxtəlif sahələrdə mühüm uğurlara imza atıb. Dünyanı zənginə alan COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan da öz mövqeyini nümayiş etdirdi.
Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, ÜST çərçivəsində və xarici ölkələrlə ikitərəfli əməkdaşlıq çərçivəsində öz tövhəsini əsirgəmədi. Azərbaycanın beynəlxalq əməkdaşlıq çərçivəsində bu siyasi kursu, xarici dövlətlər tərəfindən hər zaman Azərbaycana olan inamı və mövqeyi müsbət mənada xarakterizə edir. Məhz pandemiya şəraitində də müxtəlif tibbi ləvazimatların və avadanlıqların çatışmazlığı hiss olunduğu dövrdür. Lakin ölkə başçısı İlham Əliyevin siyasi lider kimi beynəlxalq aləmdəki nüfuzu və Azərbaycan Respublikasına olan dost münasibət bu kirtik məqamda ölkəmizdə hər hansı çatışmamzlıqları büruzə vermədi.
Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır, bütün qurumlarda haqq -ədalət tam bərqərar olmamışdır.
Avropa Şurası Parlament Assambleyası və Qərbin bəzi dairələri hətta öz çirkin siyasətini gizlicə deyil, açıq formada bu pandemiya dövründə də ifadə edirlər.
Bu qurum Azərbaycana qarşı qərəzli və ikili standartlar siyasətinin bariz nümunəsini bu ilin martın 31-də Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkilər”ə münasibətdə bir daha sərgilədi.
İndi AŞPA-nın həmməruzəçisi Ştefan Şennak cəfəng fikirləri ilə növbəti dəfə bu qurumun Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirir. Ümumilikdə bu qurumun Azərbaycana münasibəti davamlı qərəz və ikili standartlar prinsipi üzərində qurulub.
Azərbaycanda xüsusi karantin rejimi kiminsə istəyi ilə deyil, ölkə əhalisinin sağlamlığının qorunması məqsədi ilə tətbiq olunur.
İlham Əliyev dünya liderləri arasında pandemiya dövründə ən aktiv fəaliyyət göstərən ölkə başçılarından biridir. Cənab prezidentin bu fəaliyyəti beynəlxalq, regional və ölkə miqyasını əhatə etmişdir. Bir çox beynəlxalq tədbirlərin onlayn formatda təşkil olunması birbaşa Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərin əhəmiyyəti və əhatə dairəsi məhz bu təşəbbüsün vacibliyini bir daha təsdiqləyir.












