Son günlər Nyu York şəhərinin meri Zohran Mamdaninin 1915-ci il hadisələri və Azərbaycanın son illərdə həyata keçirdiyi addımlarla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında Nyu York şəhərinin meri Zohran Mamdaninin səsləndirdiyi fikirlərə münasibət bildirib. O, qeyd edib ki, bu yanaşma həm tarixi, həm də hüquqi baxımdan əsassızdır və regiondakı həssas sülh mühitinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, “Azərbaycan 2020–2023-cü illərdə öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa edib və BMT qətnamələrinin icrasını təmin edib, bu isə mübahisə predmeti deyil və bunu şübhə altına almaq reallığı inkar etməkdir”.
Əliməmməd Nuriyev bu cür açıqlamaların regionu kifayət qədər tanımadan verildiyini və yanlış təsəvvür formalaşdırdığını bildirib: “Bu məsələlərə yanaşmada regionu bilmək, tarixi hadisələri öyrənmək lazımdır, əks halda belə açıqlamalar sülh mühitinə mənfi təsir göstərir”.
O əlavə edib ki, 1915-ci il hadisələri tarixçilər və beynəlxalq hüquqşünaslar tərəfindən müzakirə olunan mürəkkəb məsələdir və bu kimi mövzuların selektiv məlumatlar əsasında siyasi bəyanatlar səviyyəsində təqdim edilməsi məsuliyyətli yanaşma deyil.
Əliməmməd Nuriyevin fikrincə, bu cür çıxışlar çox zaman müəyyən lobbi qruplarının təsiri altında formalaşır və obyektiv yanaşmanı kölgədə qoyur.
“Bugün əsas ehtiyac qarşılıqlı etimadın bərqərar olması və davamlı sülhün qurulmasıdır, bu istiqamətdə həm dövlət, həm də vətəndaş cəmiyyəti ciddi səylər göstərir.Məsələlərə yanaşarkən Xocalı faciəsi, işğal dövründə dağıdılmış mədəni irs, məscidlərin məhv edilməsi və mina təhlükəsi kimi faktlar da nəzərə alınmalıdır. Bu yanaşma nə tarixi, nə də hüquqi baxımdan əsaslıdır".
Onun fikrincə, bu cür çıxışlar çox zaman müəyyən lobbi qruplarının təsiri altında formalaşır və obyektiv yanaşmanı kölgədə qoyur.
Sonda Əliməmməd Nuriyev bu kimi məsələlərdə beynəlxalq ictimaiyyət və müxtəlif şəhərlərin rəhbərləri daha balanslı və məsuliyyətli mövqe ortaya qoymalı olduğunu və yanlış təsəvvürlərin aradan qaldırılması üçün açıq və faktlara əsaslanan müzakirələrə hər zaman hazır olduğunu bildirib.
Zəhra Ağayeva






