Dünya tarixinin ən böyük zəlzələlərindən birini yaşamış Türkiyə üçün səfərbər edilib. Bu çətin dövrdə bir çox ölkə Türkiyənin tərəfində olarkən Beynəlxalq xəbər agentliyinin AP-nin Nurdağı-dan təqdim etdiyi foto dünyanı şoka salıb.

QHT.az xəbər verir ki, Türkiyəyə dünyanın hər yerindən, zəlzələdən sonra müharibə vəziyyətində olan Ukraynadan, münasibətləri gərgin olan Yunanıstana dəstək və yardım gəldi.

Dünya demək olar ki, bütün dünya Türkiyə üçün səfərbər olub. Mütəxəssis qruplar dağıntılar altında qalanları xilas etmək üçün zamanla yarışır.

Ümidlər hər keçən saat azaldıqca, bir möcüzə gözləməsi davam edirdi.

AP bu şəkli abunəçiləri ilə aşağıdakı qeydlə paylaşdı;

'67 yaşlı Mehmet Nasir Duran tikinti texnikasının dağıntıları çıxardığı binanın yaxınlığındakı kresloda oturub. Binada isə hələ də onun ailəsinin 5 üzvü var”.

Bu kadr qısa müddətdə dünyanın müxtəlif yerlərində bir çox xəbər platformaları tərəfindən istifadə edilmişdir.