BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Məqsəd insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insan alveri qurbаnlаrının üzləşdiyi prоblеmlərə yönəldilməsidir.

Müasir dövrün ən aktual problemi olan İnsan alveri dünya miqyasında hər bir cəmiyyəti narahat etdiyi kimi bizim də ölkəmizdə də narahatçılıqla qarşılanan əsas sosial bəlalarından biridir. Bu gün DİN-n İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və digər dövlət qurumları tərəfindən ölkəmizdə insan alverinin qarşısının alınması, cinayət hərəkətlərinə yol verən şəxslərin cəzalandırılması və zərərçəkmiş şəxslərin sosial-psixoloji reabilitasiyası, İnsan alverinin profilaktikasında mühüm əhəmiyyət kəsb edən maarifləndirmə işi, qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit istifadə edilməsinin və uşaq nikahlarının qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan, övladlığa götürülmüş uşaqların ailələrinə nəzarətin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının monitorinqi, xarici dövlətlərə əmək fəaliyyəti ilə, təhsillə və ailə qurmaq məqsədilə gedən şəxslərin, ölkə ərazisindən tranzit istifadə edən və ölkəyə gələn əcnəbilərin insan alveri təhlükəsi barədə məlumatlandırılması istiqamətində çox mühüm işlər həyata keçirilməkdədir. Bu sahədə həyata keçirilən tədbirlərdə biz QHT-lərin rolu da xüsusilə böyükdür.

Bu gün “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin “Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin 30 iyul - Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə bağlı birgə təşkil etdiyi tədbir də insanların insаn аlvеrinin mahiyyəti bаrədə məlumаtlılığının аrtırılmаsına yönəldilib.

 

Gülayə Səfərova

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İçtimai Birliyinin sədr