BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi olan UNRWA təşkilatı BMT-nin müxtəlif komitələrinə seçilən bəzi mübahisəli üzvlərlə bağlı rəsmi etiraz bəyanatı yayıb. Bildirilir ki, insan hüquqları göstəriciləri zəif olan ölkələrin bu qurumlarda təmsil olunması ciddi narahatlıq doğurur.
QHT.az xəbər verir ki, UNRWA-nın yüzlərlə əməkdaşı ilə bağlı terror qrupları və ekstremist təşkilatlarla əlaqə iddialar var. Həmçinin 490-dan çox profil və yüzlərlə əlaqə şəbəkəsinin sənədləşdirildiyi də iddia olunur.
Bununla yanaşı, UNRWA-nın təhsil sisteminin uzun illər radikal qrupların təsiri altında olduğu, bəzi əməkdaşların ekstremist təşkilatlarla əlaqəli olduğu və bunun təhsil məzmununa təsir göstərdiyi bildirilir.
Təşkilat BMT daxilində etik pozuntular və şəffaflıq problemləri ilə bağlı iddialar qaldıraraq müstəqil araşdırma tələb edir.
Nigar Rəhimova






