Milli Məclisdə Ailə Qadın və Uşaq problemləri üzrə komitənin sədri Hicran Hüseynova, AQSİA İdarə heyətinin üzvləri və komissiya rəhbərləri ilə birlikdə qardaş ölkə Türkiyədə baş vermiş hadisə ilə bağlı Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri cənab Cahid Bağcının xanımı Leyla Bağcını səfirlikdə ziyarət edib.

Bu barədə QHT.az Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva məlumat verib.


“Azərbaycan qadın sahibkarların hər zaman Türkiyənin yanında olduğunu və bu hadisənin heç vaxt unudulmayacağını dilə gətirdim. Hal-hazırda bütün ölkədə göstərilən dəstəklərin qardaşlığın ən bariz nümunəsini olduğunu bildirdim, Türkdilli Dövlətlərin Qadın Komitəsinin sədri olaraq baş verən hadisə ilə bağlı assosiasiya tərəfindən yaradılan Yardım Fondunun da aktiv fəaliyyətindən söz açdım. 
Sonda Türkiyədə baş verən zəlzələ qurbanlarının ruhuna dualar oxuduq, matəm kitabına ürək sözlərimi yazdım.”