Sosial və humanitar məsələlərhttps://qht.az/az/xeber/beynelxalq-eliller-cemiyyeti-ictimai-birliyi-dunya-tv-den-biz-sizinleyik-dedi-fotolarAna səhifəXəbərlərSosial və humanitar məsələlər“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Dünya” TV-dən “Biz sizinləyik” dedi - FOTOLARSosial və humanitar məsələlər“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Dünya” TV-dən “Biz sizinləyik” dedi - FOTOLAR16 Avqust 2024, 18:554.404 baxışOxu rejimiSaxlaReklamBurada sizin reklamınız ola bilər672 × 130 px“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə "Müharibə əlilləri və şəhid ailələri ilə iş" adlı layihə icra edirdi. QHT.az xəbər verir ki, bu gün layihənin icrasında nəzərdə tutulan “Dünya” TV-də canlı təqdim olunan “Biz sizinləyik” adlı sonuncu televiziya verilişi efirə getdi. BƏC İB İdarə Heyəti üzvü, BDU-nun professoru Allahverdi Məmmədli layihə zamanı həyata keçirilən tədbirlərdən ətraflı danışdı. BƏC İB-in üzvü, şair Mirsəfər Fətiyev şəhidlərə həsr olunmuş şerini söylədi. Verilişdə iştirak edən TƏBİB-in Əlillik Məsələləri üzrə iş şöbəsinin Baş məsləhətçisi Lalə Cəfərova səhiyyə sahəsində əlilliyi olan insanlara və digər imtiyazlı şəxslərə dövlət qayğısından danışdı və onları maraqlandıran sualları cavablandırdı. Layihə rəhbəri və BƏC İB sədri Tahir Xudiyev bildirdi ki, layihə sona çatsa da bu istiqamətdə işlərimiz həmişə davam edir. Həm ictimai birlik, həm də insan kimi belə xeyirxah işlərin görülməsindən zövq alırıq, bizi yaşadan xeyirxah əməllərimizdir. Tahir Xudiyev həm də əhalinin maarifləndirilməsi məqsədi ilə həyata keçirilən bu layihənin icrasında dəstək olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, “Dünya” TV-nin rəhbərliyinə və bütün kollektivinə, BƏC İB ilə daima əməkdaşlıq edən Müdafiə Nazirliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, digər dövlət qurumlarına, BƏC İB-in fəaliyyətində könüllülük əsasında köməklik edən hər bir kəsə təşəkkürünü bildirdi. Layihə müddətində BƏC İB-in əməkdaşları ilə birgə -“Biz sizinləyik”- söyləyən “Dünya” TV-nin istedadlı aparıcısı Xuraman Aydınqızı, eləcə də layihə barədə məlumatı olan şəxslər bu səpkili layihələrin həyata keçirilməsini əhalinin maarifəndirilməsi baxımından çox əhəmiyyətli olduğunu qeyd etdilər. ReklamFotoqalereya2 fotoQHT.az-ı Google-da seçilmiş mənbə kimi təyin edinQHT.az xəbərləri Google axtarış nəticələrində sizə öncəliklə təqdim olunacaq.Təyin etBu xəbəri paylaşınGoogle AI-da araşdırOxumağa davam edinBu mövzudaÇağırışçıların yekun tibbi müayinəsinin aparıldığı Tibbi Qiymətləndirmə Mərkəzinə baxış keçirilib16 Avq 2024, 21:14Növbəti oxuFaydalı olmaq istəyi sosial məsuliyyətin təzahürüdür: Neftçalada həssas ailələrə dəstək / FOTOLAR16 Avq 2024, 21:10
15 Avq 2024, 15:54Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 214 sakini dövlət qayğısı ilə əhatə olunur
14 Avq 2024, 21:35“Dərzilik” kursu tamamlandı: Gənc modelyerlər praktiki təcrübəyə göndəriləcək / FOTOLAR