BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Balıqçılıq və akvakulturanın davamlı idarə olunması” mövzusunda konfrans təşkil edib.
QHT.az xəbər verir ki, konfrans, DİM 14 - “Dəniz ekosisteminin mühafizəsi” hədəfinə çatmaq, yeni və müxtəlif tərəfdaşlıqların, yanaşmaların və tövsiyələrin həyata keçirilməsini sürətləndirmək üçün müstəqil ekspertləri, vətəndaş cəmiyyəti və akademiklərin bir arada müzakirə apardıqları platforma rolunu oynayıb.
Tədbir akvakultura inkişaf perspektivlərini qiymətləndirmək, bu sahədə imkanları və problemləri, eyni zamanda akvakulturanın davamlı inkişafa töhfələrini müzakirə etmək, davamlı balıqçılığın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, sektorun davamlı inkişafı üçün çoxtərəfli həlləri və ən yaxşı təcrübələri təqdim etmək məqsədi daşıyıb.
R. İmanov












