2 mart 1992-ci ildə Azərbaycan rəsmi olaraq BMT-yə qoşulub və bu illər ərzində təşkilatla müxtəlif sahələrdə sıx əməkdaşlıq edib.

QHT.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Azərbaycanın BMT-yə üzv olmasının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Qeyd edək ki, BMT və Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində bir çox layihələr həyata keçirilib. Bu layihələr dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, gender bərabərliyi, səhiyyə və təhsil sahələrini əhatə edir.