"Ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: "Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. "
 Bunu   QHT.az saytına "Medical Media" şirkətinin direktoru, fəal ictimaiyyətçi
Günay Kazımova deyib:

"Qadına münasibət ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Ümummilli liderimiz Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.


Eyni zamanda vurğulamaq istərdim ki,hər bir sahədə olduğu kimi Ulu öndərimizin səhiyyə inkişafında da rolu əvəzsizdir!Müstəqil Azərbaycan səhiyyəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Azərbaycanın müstəqilliyini əldə etməsindən keçən qısa müddət ərzində səhiyyə sahəsində ciddi uğurların əldə edilməsi həm də onunla izah edilir ki, hələ Heydər Əliyev səhiyyəmizin də yüksəlişini təmin etmiş, onun hərtərəfli inkişafı üçün tədbirlər həyata keçirmişdir!

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilmişdir."