“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik

edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr

tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında”

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli

489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, Azərbaycan

Respublikasının Nazirlər Kabineti qərara alır:

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə

2024-cü il 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23

noyabr istirahət günlərinin yerləri dəyişdirilsin.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş naziri