Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Şəbəkəsinin onlayn tədbiri keçiriləcək

 

2021-ci 4 sentyabr tarixində Zoom onlayn platforması üzərindən növbəti görüşünü keçirəcəkdir. Bu görüşdə əsas müzakirə mövzusu “44 günlük müharibə”dən sonrakı dövrdə cəmiyyətimizdə gedən inkişaf proseslərində vətəndaş cəmiyyəti təsisatlarının, beynəlxalq və yerli təşkilatların rolu, bu sahədə beynəlxalq təcrübə və digər məsələlər olacaqdır. Görüş Şəbəkənin üzvləri, eləcə də mövzu üzrə maraqlı olan Beyin mərkəzləri, QHT-lər və digər vətəndaş cəmiyyəti nümayəndələrinə açıqdır. Tədbirin Facebook səhifəsində iştirak etmək marağını ifadə edən şəxslərə iştirak üçün birbaşa link göndəriləcəkdir.

 

Tədbirin FB səhifəsi: https://www.facebook.com/events/1253747185039101/.

 

Xatırladaq ki, "Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti" Şəbəkəsi 2019-cu ilin fevral ayında "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin təşəbbüsü ilə tərfədaş təşkilatlar və mütəxəssislərlə birgə Memorandum imzalamaqla yaradmışdır.

 

Şəbəkənin əsas məqsədi Azərbaycanda ictimai münasibətlərin müxtəlif sahələri üzrə ölkənin inkişafına yönəlmiş təhlil, tədqiqat və proqnozlaşdırma işləri vasitəsilə əlaqədar təşkilatlar və mütəxəssislərin potensialının səfərbər edilməsilə ölkədə aparılan islahatların həyata keçirilməsinə dəstək göstərməkdir.

 "Azərbaycan Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti" Şəbəkəsi ABŞ-ın Pensilvaniya Universitetinin Lauder İnstitutunun Global Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramının "Global Go To Think Tanks İndex 2020" adlı dünyanın ən yaxşı beyin mərkəzləri reytinq siyahısına əsasən, Mərkəzi Avrasiya regionu üzrə 56-ci yer alaraq, ilk dəfə bu siyahıda yer tutmuş və 2020-ci ilin yekunlarına əsasən aktiv fəaliyyətinə görə "Dünyanın Ən Yaxşı Yeni Yaranmış Beyin Mərkəzləri Qlobal Siyahısına" da daxil edilmişdir.