Alimlər bu yay Avropa şəhərlərində anomal istilər nəticəsində rekord sayda — 50 min insanın həyatını itirdiyini açıqlayıblar.
QHT.az xarici mediaya istinadən bildirir ki, tədqiqatçılar ölümlərin təxminən üçdə ikisinin iqlim dəyişikliyi ilə əlaqəli olduğunu bildirirlər.
Malta, İtaliya və Macarıstanda istilərlə bağlı ölüm halları daha yüksək olub. Sağlamlıq problemləri, tənhalıq və yoxsulluq da itkilərin artmasına təsir göstərib.
Araşdırmaya görə, iyun-avqust aylarında çirklənmənin yaratdığı əlavə istilər şəhərlərdə daha 32 min insanın ölümünə səbəb olub. Yüksək gündüz temperaturu orqanizmə həddindən artıq yük salıb, isti gecələr isə bədənin bərpasını çətinləşdirib.
Zəhra Mansırova












