Avropa İttifaqı Şurasının rəhbəri Çarlz Mişel Kiyevdə keçirilən Aİ-Ukrayna sammitinin yekunlarına əsasən bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən onuncu paket üzərində işləməyə davam edəcək.
QHT.az xəbər verir ki, “Biz artıq doqquz sanksiya paketi qəbul etmişik və növbəti onuncu paket də daxil olmaqla, növbəti sanksiyalar üzərində işləməyə davam edəcəyik”, - Çarlz Mişel bildirib.
Sammitdən sonra Aİ və Ukrayna bütün ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmağa, eləcə də tətbiq edilən məhdudiyyətlərdən yayınma ilə mübarizəyə kömək etməyə çağırıb.
Fevralın 3-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevdə keçirilən sammitin yekunlarına görə, Rusiya Federasiyasına qarşı onuncu anti-Rusiya sanksiyalar paketinin 10 milyard avroluq məhdudiyyətləri nəzərdə tutduğunu bildirib.
Bundan əvvəl Avropa Parlamenti Aİ ölkələrini 10-cu sanksiyalar paketini tez bir zamanda qəbul etməyə və Avropa bazarında qalan Rusiya şirkətlərinin, o cümlədən “Lukoyl” və “Rosatom”un işini qadağan etməyə çağırıb.












