Hadisələr fonunda gələcəkdə Dubaya investisiyalar, xüsusən də daşınmaz əmlak sektoruna azala bilər. Əgər əvvəllər hər kəs Dubayı sülh adası kimi düşünürdüsə və ora rahatlıqla investisiya edirdisə, 28 fevral hadisələri bu bölgənin heç də sabit olmadığını göstərdi.
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Aslan Əzimzadə bildirib. Ekspert hesab edir ki, proseslər mərhələli şəkildə inkişaf edə bilər. İlkin etapda bazarda nisbi sakitlik hökm sürəcək və iştirakçılar vəziyyəti izləmə mövqeyi seçəcəklər. Növbəti mərhələdə alıcıların qərarvermə prosesində pauza götürməsi gözlənilir. Bunun fonunda bəzi investorların satış təkliflərini artıracağı, nəticədə isə bazarda qiymət korrektəsinin baş verə biləcəyi ehtimal olunur:
"Onu da qeyd edim ki, son illər ərzində Dubay Rus, Avropa və kriptokapitalın yığım mərkəzlərindən birinə çevrilirdi."
Pərvanə Fərhadqızı






