QHT.az xəbər verir ki, hər biri eyni kəndin sakinləridir, mağazadan araq alıblar.

Odessa vilayətində 3 nəfər spirtli içkidən zəhərlənər, daha 6 nəfər isə xəstəxanada ölüb. Hadisə Razdelnyanski rayonunun Starostino kəndində baş verib. 

Müəyyən edilib ki, 9 vətəndaş spirtli içkidən zəhərlənərək tibb müəssisəsinə yerləşdirilib. Onlardan ikisi xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra dünyasını dəyişib. Daha bir nəfərin ölüm xəbəri onun yaşadığı yer üzrə həkimlər tərəfindən təsdiqlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişlərin evlərindən və mağazadan mənşəyi məlum olmayan şəffaf rəngli mayelərin olduğu butulkalar və araşdırma üçün maraqlı olan digər əşyalar götürüblər. Bundan başqa, mağaza sahibinin yaşadığı ünvanda da təcili axtarış aparılıb. Tərkibində spirt qoxusu olan mayelər və onların qalıqları olan butulkalar tapılıb.

 

Pərvanə Fərhadqızı