Təbii ki, ər və arvad. Mütəxəssislərin fikrincə, ailədə psixoloji iqlimin yaradılmasında ana daha fəal rol oynamalıdır.
Fikir verin:biz burada arvadın deyil, ananın rolundan danışırıq. Arvad və ana. Bunlar hec də sinonim sözlər deyildir. Biz ailədə psixoloji iqlimin yaradılmasında arvadın rolundan danışsaq daha düzgün olardı, lakin diqqəti ana məsuliyyətinə cəlb etməklə onun mahiyyətini daha dəqiq ifadə edirik: Ailədə psixoloji iqlimin pisləşməsi birinci növbədə, uşaqların psixi saglamlıgını pozur. Psixoloji iqlimin pisləşməsi ailəni boşanmaya dogru aparır, asanlıqla ugursuz ailəyə cevirir. Buna görə də psixoloji iqlimin yaradılmasında anaların rolundan danışır, onların diqqətini uşaqların taleyinə cəlb edirik. Gəlin uşaqlara qıymayaq... Ailə həyatının ən cətin anlarında belə onları düşünək... Qoy atalar bilsinlər ki,onların yolunu qaygısız uşaqlar həsrətlə gözləyirlər.
Xöşbəxt ailə qurmuş, həmişə özlərini bəxtəvər sanmış agbircək ana və nənələrimiz bir həqiqəti coxdan kəşf etmişlər, əri dərindən duya bilmək, ərin istək və arzularını öz istək və arzuları kimi qəbul etmək analıq hikmətidir, nəciblikdir, müdriklik meyarıdır. Biz bu sözləri eyni dərəcədə kişilərə də aid edirik və onu kişi ləyaqətinin əsas əlamətlərindən biri kimi qiymətləndiririk.
Zenfira Mustafayevadan
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri










