Afrika Ərzaq Sistemləri Forumu (Africa Food Systems Forum) Ruandanın paytaxtı Kiqalidə keçirilir. Dünyanın bu sahədə ən böyük konfransı hesab olunan tədbirdə 5 mindən çox iştirakçı bir araya gəlib. Forumun təşkilatçısı AGRA isə bu il fəaliyyətinin 20-ci ildönümünü qeyd edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, tədbir Afrikada kənd təsərrüfatının vəziyyəti və ərzaq təhlükəsizliyi ilə bağlı mühüm problemlərin müzakirəsinə həsr olunub. Hazırda qitədə 309 milyon insan aclıqla üz-üzədir. Eyni zamanda, kiçik fermerlərin məhsuldarlığı və gəlirləri dünyanın digər regionları ilə müqayisədə ən aşağı səviyyədədir.

Forumda kiçik fermerlərin dəstəklənməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və ərzağa çıxış imkanlarının yaxşılaşdırılması kimi məsələlər diqqət mərkəzindədir. Tədbirin açılışında ənənəvi Ruanda rəqsləri təqdim olunub, iştirakçılar üçün yerli mətbəx nümunələrinin təqdim edildiyi kulinariya kəndi də yaradılıb.