“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində 09.10.2022 – ci il tarixdə Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında Boks idman növü üzrə açıq Qazax rayon turnirini keçirmişdir.
 
Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi. Tədbirin açılışında cıxış edən layihənin rəhbəri və "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakçılara ətraflı məlumat vermişdir.
 
Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax rayon Gənclər və idman İdarəsinin rəis müavini Şahin Namazov,Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundov, Qazax Olimpiya İdman Kompleksinin boks bölməsinin məşqcisi və digər qonaqlar layihənin önəmi haqda danışdılar və turnit iştirakçılarına uğurlar arzuladılar və Boks üzrə turnirə start verildi.
 
Turnirdə 2 rayonun (Qazax,Ağstafa,) 55 idmançısı iştirak etmişdir. Gərgin idman mübarizəsi şəklində keçən görüşlər nəticəsində 15 cəki üzrə qaliblər müəyyən edilmişdir. Turnirdə iştirak edən qonaqlar fərqlənən idmançıların mükafatlandırılmasında iştirak etdilər və təşkilat komitəsinə öz minnətdarlığını bildirdilər.
 
Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili,onların sağlam həyat tərzini seçmələrinə təkan vermişdir.
 
Gərgin idman mübarizəsi şəklində kecirilən görüşlər nəticəsində nəaliyyətlər aşağidakı kimi olmuşdur:
 
21 kq
I YER Mansırllı Ammar
II YER Osmanov Asiman
III YER İsmayılov Uğur
 
24 KQ
I YER əsənli Rafiq
II YER Axundov İbrahim
 
26 KQ
I YER Əliyev Veys
II YER Qurbanov Şahin
 
30 KQ
I YER Rüstəmli Hüseyn
II YER Mehralıyev Murad
III YER İbrahimov Amin
III YER Vəlizadə Yahya
 
31 KQ (Qızlar)
I YER Mansırlı Əsma
II YER Hüseynzadə Esmira
 
33 KQ
I YER Mustafayev Toğrul
II YER Əlili Əziz
III YER Niyazlı Elcan
III YER Niyazlı Elcan
 
38 KQ
I YER İbrahimov Elcan
II YER Abdullayev Tofiq
III YER Vəlizadə Turqut
III YER Əhmədli Həsən
 
44 KQ (Uşaq)
I YER Mehdiyev Fərid
II YER Yusifov Elmir
III YER İsmayılov Qəfər
III YER Bayramlı Əli
 
44 KQ (Yeniyetmə)
I YER Əliyev Məhəmməd
II YER Mollayev Huseyn
III YER Sadiqov Səlim
 
46 KQ (Qızlar)
I YER Mustafayeva Səma
II YER Əhmədova Ramilə
 
65 KQ
I YER Mehdiyev Tərlan
II YER Lahıcov Vüsal
III YER Mustafayev Ramiz
 
67 KQ
I YER Dolq Nahid
II YER Yusifov Nicat
 
67 KQ (Gənclər)
I YER Ramazanov Elmir
II YER Mustafayev Simral
III YER Muradlı Emil
III YER İsmayılov Röyal
 
70 KQ
I YER Məmmədli Zöhrab
II YER Qurbanlı İlyas
 
80+ KQ
I YER İbrahimov Hikmət
II YER Xəlilov İmran