Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial – Mənəvi Dəstək İctimai Birliyi “Azyaşlılarda ictimai mədəniyyət və əxlaq qaydalarının aşılanması kampaniyalarının təşkili“ layihəsi ilə bağlı Şirvan şəhəri Mədəniyyət Mərkəzində mütəxəssislərin iştirakı 20 nəfət gənc və yeniyetmə olmaqla “Ağ ölümdən qurtulaq” –regionlarda yeniyetmə-gənclər üçün antinarkomaniya üzrə maarifləndirmə mövzusunda görüş-sessiya keçirilıb. 

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə rəhbəri Təranə Əhməd bildirdi ki, layihənin məqsədi Şirvan şəhərlərində narkomaniyaya qarşı mübarizə profilaktikasıni təşlil etmək, risk qrupuna daxil olan yeniyetmə  və gənclərlərin bu təsirlərdən qorunmaq üçün marifləndirmə apararaq, yeniyetmə və gənclərimizi bu bəladan qorumaqdır.     

Layihənin eksperti Şahin Rəcəbli tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələrindən danışıb: “Müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri narkomaniyadır. Narkomaniya hələ ötən əsrlərdə yayılan, coğrafi sərhədləri getdikcə genişlənən təhlükəli bir xəstəlik və cinayətdir. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir”.

Şirvan şəhər Polis idarəsinin müstənriqi Pərviz Qasımov görüşdə bildirib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq: “Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir  kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır”.

Tədbir iştirakşıları hər biri çıxış edərək Narkomaniyaya qarşı keçirilən marifləndirmə layihərinin davamlılığını istədilər. 21 saylı məktəbin psixoloqu Nüşabə İbrahimova valideyn uşaq münasibətlərinə xüsusi diqqət yeirilməsinin vacibliyini vurğulayıb. Gənclər idarəsinin baş Mütəxəssisi Hüseyn İsmayılov qeyd edib ki, narkomaniyaya meyillilik əsasən maraqdan başlayır: “Yeniyetməlik dövründə, xüsusilə oğlan uşaqlarında “əsl kişi” olmaq istəyi siqaretə meyilliliyə səbəb olur. Çünki yeniyetmələr həyatda öz rollarını, ata və ya babadan götürür. Narkomaniyaya meyilli şəxslər və ya istifadəçilər əsasən bu şəkildə böyüdülən uşaqlardır. Narkomaniyaya meyillilik səbəblərindən biri də insanın depressiv vəziyyəti, özünə və ətrafa qarşı aqressiyasıdır. Bu səbəbləri mümkün qədər aradan qaldırsaq, narkotik vasitələrdən istifadə hallarının azalmasına imkan yarada bilərik. Məktəblilər ilə əxlaqi söhbətləri yalnız risk qrupuna daxil olan şagirdlərlə deyil, bütün şagirdlərlə də etmək səmərəli olar. Narkomaniyaya qarşı mübarizəni maarifləndirmə tədbirlərini düzgün qurmaqla təmin etmək mümkündür. Yeniyetməlik və gənclik çağında olan bir insana biz bu maddələrin adını desək, onlardan danışsaq, artıq bu, onun daha çox diqqətini çəkəcək və danışarkən istifadə etdiyimiz hər bir termin haqqında internetdə araşdıracaq və yaxud yaşıdları ilə bu haqda fikir mübadiləsi edəcək. Bu da o gəncdə narkotik maddələrdən istifadə etmə marağını yaradacaq. Maarifləndirici tədbir zamanı narkomaniyadan əziyyət çəkən şəxslərin əziyyət çəkdikləri, şikayət etdikləri məsələləri öz dilləri ilə dedikdə, bu zaman yeniyetmə və gənclərdə bu kimi hallardan çəkinmə psixologiyası formalaşır, narkomaniyaya qarşı müəyyən bir fikir yaranır. Məktəb şəraitində narkomaniya əleyhinə tədbirlər məktəb psixoloqları ilə paralel şəkildə aparılmalıdır. Ümumiyyətlə, psixoloqlarda il ərzində risk qrupuna daxil olmuş şagirdlərin siyahısı mövcuddur. Məktəblərdə şagirdləri müşahidə edərək onlarla mütəmadi görüşlər aparılır. Onu qeyd edim ki, bu görüşlər “Narkomaniyaya YOX deyək!” lə yanaşı, “Həyat gözəldir”,” Sağlam qalaq” və s. başlıqlar altında keçirilməkdədir”.

Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial- Mənəvi Dəstək  İctimai Birliyi Layihə ilə bağlı məlumatları aidiyyatı orqanlardan toplayaraq, yerlərdə ailələrlə görüşərək uşaqların psixoloji durumları ilə maraqlanmış‚ narkotik istifadəçilərinin və yoluxanların müayinə və müalicəyə cəlb olunması üçün profilaktik işlər aparıb.

Görüşdə narkotik istifadəçisi olan  ailələrdə böyüyən, atılan və ya nəzarətsiz qalmış uşaqların reabilitasiyası ilə əlaqədər müzakirələr edildi. Regionda maarifləndirici təbliğat vasitəsi - buklet yayıb. Layihənin ünvanlandığı əhali qrupu maarifləndirmə görüşü və “Ag ölümdən qurtulaq” adlı bukletlərdən‚ eləcə də etik davranış qaydaları ilə bağlı əhatə olunmuş yaddaş-vərəqlərdən faydalandılar. Tədbir iştirakçılarına buklet və mineral su verildı. Görüşdə Uşaqlarla iş üzrə Polis əməkdaşları Gənclər idarəsindən Təhsil Şöbəsinin Əməkdaşları eləcə də Psixoloq və KİV, İcra hakimiyyəti, bələdiyyə nümayəndələriştirak etdilər.

 

Pərvanə Fərhadqızı