Dekabrın əvvəlindən bəri ən azı 15 balina ABŞ-ın şərq sahillərini vurub.
 

QHT.az xəbər verir ki, ABŞ-ın şərq sahillərində müəmmalı balina ölümləri artmaqda davam edir. Nyu-Yorkun Lido Beach kəndində uzunluğu təxminən 10 metr olan nəhəng donqar balina sahilə çıxıb. 

Okeanlarda çirklənmənin qarşısını almaq üçün çalışan Təmiz Okean Fəaliyyət Meneceri Cindy Ziph, balinaların niyə zərər çəkdiyinə dair heç bir sübut olmadığını ifadə etdi. Təmiz Okean Fəaliyyəti həmçinin balina ölümlərinin araşdırılmasını tələb etdi. Səlahiyyətlilər və ekoloqlar balinaların müəmmalı ölümlərinin arxasında nə olduğunu öyrənməyə çalışırlar.
Nəhəng donqar balina ABŞ-da dekabrın 1-dən sahilə çıxan 15-ci balina kimi qeydə alınıb.