ABŞ-ın Havay ştatının Maui adasında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 36-ya yüksəlib.

QHT.az xəbər verir ki, adadakı Lahaina kurort şəhərinin böyük bir hissəsini məhv edən və Dora qasırğası səbəbindən şiddətlənən yanğınlarda ciddi yanıqlar alan ən az 20 nəfərin isə təyyarə ilə Oahu adasına aparıldığı açıqlanıb. Səlahiyyətlilər ölənlərin sayının artmasından narahatdırlar və adada dəymiş ziyanın həqiqi ölçüsünü müəyyən etməyin çətin olduğunu bildirirlər. Ərazidə 2100-ə yaxın insan təxliyə edilib.

Qeyd edək ki, Mauidə 11 mindən çox turistin təxliyə edildiyini bildirib. Maui hava limanının insanları adadan çıxarmaq üçün işlərini davam etdirdiyini deyən Sniffen, hava yollarının bilet qiymətlərini aşağı saldığını açıqlayıb.

 

Pərvanə Fərhadqızı