“Hesab olunur ki, hal- hazırda 40 milyona yaxın insan bu virusuna yoluxub və müəyyən mərhələlər keçməklə xəstəlik Qazanılmış İmmun Çatışmazlığı Sindromuna gəlib çatıb. ÜST-nin hesablamalarına görə təqribən hər gün yer üzündə 3500 insan bu virusa yoluxur. Hər gün 1700 nəfər QİÇS-dən və ya onunla bağlı olan səbəblərdən dünyasını dəyişir. Ümumiyyətlə 40 milyon yoluxmuş insanların 9 milyondan çoxu QİÇS-lə bağlı heç bir müalicə almır. Həmin bu QİÇS yükünün 2/3 –si Afrika qitəsinin üzərinə düşür. Orada bu xəstəlik həqiqətən ictimai səhiyyə problemlərinin nömrə 1 və ya nömrə 2 problemlərindən biridir”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Nadir Zeynalov bu gün keçirilən Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfransda bildirib. O, qeyd edib ki, bizim ölkəmizdə QİÇS-lə bağlı problem kifayət qədər qənətbəxşdir, nəzarət altındadır: “Dövlətimiz QİÇS-lə xəstə olan insanları mümkün qədər qayğı ilə əhatə edir və buna dövlət prqramlarının icrası yoluxmuş və yaxud yoluxmaya şüpəli insanların dövlət hesabına müalicəsi aparılır. Hökümətimizdən başqa tərəfdaşlarımızı qeyd etmək istərdim. ÜST bu mübarizədə bizi dəstəkləyir, köməyi olur, yol göstərir”.
Nadir Zeynalov həmçinin bildirib ki, ölkəmizdə QİÇS-lə bağlı olan məsələlərdə effektiv müalicə mövcuddur, tətbiq olunur: “Bunlar olduğu yerdə bir məsələ həll olunmamış qalır. Cinsi azlıqlar, narkomanlar cəmiyyət tərəfindən qəbul edilmir. Bunlar arasında QİÇS-in yayılması ikili nəticəyə gətirir. Bir tərəfdən bu virusa yoluxanlar pis motivasiya olunur, başqa tərəfdən narkomanlar, cinsi azlıqlar QİÇS-ə görə motivasiya olunur. Qapalı dövran yaranır ki, cəmiyyətlə bu insanlar arasında kommunikasiya yoxdur, effektiv nəzarət etmək, onların müalicəsinə lazımi tədbirlər görmək çətindir. Burada bu məsələlərə aid olan qrupların, insanların, icmaların, həkimlərin QHT-lərin, donorların əl-ələ verib iş görməsi lazımdır ki, 2030-cu ilə kimi QİÇS-i yox edək, məqsədə nail olaq, nəticələrə gələk”.
Pərvanə Fərhadqızı












