Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanında kreativ rəqəmsal məzmunlar yaratmasını təşviq etmək məqsədilə 18 oktyabr-1 dekabr 2024-cü il tarixlərində gənclər və gənclər təşkilatları üçün ilk dəfə keçirilən “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibləri müəyyənləşib.

Fondun Müşahidə Şurasının 25 dekabr 2024-cü il tarixli Qərarına əsasən “A” (yerli layihələr) və “B” (beynəlxalq layihələr) kateqoriyaları üzrə 17 gənclər təşkilatının, “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə isə 55 gəncin layihə təklifinin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Qrant müqavilələrinin imzalanma tarixi cari ilin 15 yanvar – 15 fevral tarixləri olaraq müəyyən edilib.

Müsabiqə qaliblərinin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

A və B kateqoriyaları 

 

 

№ Gənclər Təşkilatının Adı Layihənin Adı Ayrılan Vəsait (AZN)
1

 

"Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi

Gənclərin Psixologiya Sahəsində Rəqəmsal Maarifləndirmə və İnkişaf Platforması 8,500
2

 

"Avropa Tələbələr Forumu - Sumqayıt" İctimai Birliyi

"ARTSHOPAZ" platforması üçün mobil tətbiqin hazırlanması 8,500
3

 

"Azərbaycan - Britaniya Məzunları" İctimai Birliyi

Keçmişdən Gələcəyə: Süni İntellektin Gözündə Azərbaycan 8,500
4

 

"Azərbaycan Skautlar Assosiasiyası" İctimai Birliyi

Liderlər üçün Milli Gənclər Proqramının E-öyrənmə Platforması 8,000
5

 

"Davam Gənclər Hərəkatı" İctimai Birliyi

DAVAM - Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiq (Beynəlxalq layihə) 14,000
6

 

"Gənc Beynəlxalq Hüquqşünaslar" İctimai Birliyi

Şəhər hekayələri 8,500
7

 

"Gənc Mühasiblər" İctimai Birliyi

Rəqəmsal Mühasibatlıq Akademiyası 8,500
8

 

“Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu

"MentalWell" - Gənclər üçün Psixoloji Dəstək Platforması 8,500
9

 

"Gənclərin Sosial İnkişafına Dəstək" İctimai Birliyi

“Qasid” - Gənclərin məlumatların məxfiliyi üzrə savadlılığının artırılması 8,000
10

 

"Gənclərin Töhfəsi" İctimai Birliyi

Rəqəmsal Sağlamlıq: Gələcəyə Qayğı 8,500
11

 

"İnnovasiyaya Doğru" Gənclərə Dəstək İctimai Birliyi

Yaradıcı Gənclərin Rəqəmsal Qalereyası 8,500
12

 

"İslahatçı Gənclər" İctimai Birliyi

"Gənc Tribuna" Virtual Müzakirə Platforması 8,500
13

 

"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi

Texno-Mifləri Dağıdırıq! 8,000
14

 

“Qızlar Bulağı“ Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu

Rəqəmsal Gələcəyin Qızları 8,500
15

 

"Rezonans" Gənclərin İctimai Birliyi

Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə 8,500
16

 

"Sumqayıt Tələbələri" İctimai Birliyi

Gənclərə öz karyera yollarını seçməkdə kömək edən – çatbotlar 8,500
17

 

"Xəzər İntellektual Gənclər Klubu" İctimai Birliyi

Təhsildə dayanıqlı və rəqəmsal inkişaf sistemi 8,500

 

C kateqoriyası