Sadiq Qurbanov: “Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir!”
15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında qeyd edib ki, “Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malikdir.
Milli Qurtuluşumuzun memarı Ulu Öndər Heydər Əliyev böyük coşqu ilə söylədiyi "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır" fikirləri həyatda öz təsdiqini tapdı.”