Xəbərlər 04.06.2025 14:40 59

Şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilib - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə şəhid ailələrinin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.

QHT.az xəbər verir ki, artıq ardıcıl dördüncü dəfə baş tutan bu sosialyönümlü tədbirin əsas məqsədi şəhid ailələrinin həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə sosial inteqrasiyasına dəstək göstərməkdən ibarətdir.

Sərgidə 22 şəhid ailəsi üzvü tərəfindən hazırlanan müxtəlif əl işləri və rəsmlər nümayiş etdirilərək satışa çıxarılıb. Nazirlik və tabeliyində olan qurumların əməkdaşları tərəfindən məhsulların alışı ilə bu ailələrin yaradıcılıq fəaliyyətinə və maddi rifahına dəstək verilib.

Tədbir iştirakçıları tərəfindən yüksək maraqla qarşılanan sərgi, həm də şəhid ailələrinin bacarıqlarının cəmiyyətə tanıdılması və onların daha geniş auditoriyaya çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı