QHT “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda növbəti təlim keçirtdi - FOTOLAR
22 may 2025-ci il tarixində “İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üçün maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslərin bacarıqlarının inkişafı” mövzusunda növbəti təlimi həyata keçirildi.
QHT.az xəbər verir ki, bu barədə “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov məlumat verib. Onun sözlərinə görə, təlimin giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə bir daha məlumat vderdi ki, bu gün artıq ikinci təlim həyata keçirilir. Birinci təlimdə olduğu kimi ikinci təlimdə də 2 qrup hər qrupda 10 nəfər olmaqla, 1 ay müddətində həftədə 2 dəfə 2 saat olmaqla təlimlərin təşkil ediləcəkdir. 2 qrup əlilliyi olan şəxslərə muncuqdan müxtəlif növ əl işlərin toxunmasının öyrədilməsi həyata keçiriləcəkdir. Təlimi bitirən şəxslərin əl işlərindən ibarət sərgi-satışı şərait yaradılacaqdır.
Təlimçi Zümrüd Xəlilova 1-ci qrup ilə bu dəfə trikotaj iplə çanta toxuma fəaliyyəti reallaşdırdı. Trikotaj ipin qalınlığı və böyük ölçülü toxuma alətlərindən istifadə işin daha əlçatan olmasına səbəb oldu. Bu həm prosesi asanlaşdırdı, həm də əlilliyi olan şəxslərin motivasiyasını artırdı. Texnika sadə və vizual olaraq daha aydın olduğundan iştirakçılar az dəstək ilə işi yerinə yetirə bildilər. Bu mərhələdə də əsas məqsəd əlilliyi olan şəxslərin özünüifadə imkanlarını artırmaq və onları yaradıcılıq prosesinə fəal şəkildə cəlb etmək idi.
2-ci qrup ilə ilk məşğələdə başlanan muncuq çanta üzərində iş davam etdirildi. Muncuqla işləmək daha uzun müddət tələb etsə də, iştirakçılar diqqət və səbr nümayiş etdirərək işi davam etdirdilər. Bəzi uşaqlar artıq çantanın yekunlaşdırılması mərhələsinə çatmışdır. Bu fəaliyyət uşaqların həm koordinasiya bacarıqlarının inkişafı, həm də estetik zövqlərinin formalaşması üçün mühüm rol oynadı.
Təlimin sonunda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təlim iştirakşılarına öz təşəkkürünü bildirdi və əlilliyi olan şəxslərin təlim zamanı hazırladıqları əl işləri ilə şəkillər çəkdirildi.