Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ödənişsiz diaqnostika aksiyası keçirildi - FOTOLAR
“Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin və “Məlhəm” Beynəlxalq Hospitalının təşkilatçılığı, həmçinin “Məlahətli Ana Uşaqlara Yardım” İctimai Birliyinin dəstəyi ilə aztəminatlı ailələrdə yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ödənişsiz diaqnostika aksiyası həyata keçirildi.
QHT.az xəbər verir ki, sosial layihə çərçivəsində 12 uşaq üçün psixoloji, loqopedik, radioloji, psixiatrik və pediatrik müayinələr təşkil olundu. Bu təşəbbüs artıq 2-ci ildir ki, davam etdirilərək, eyni formatda sosial layihə şəklində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə həyata keçirilir.
Layihənin uğurla gerçəkləşməsində göstərdikləri dəstəyə görə “Məlhəm” Beynəlxalq Hospitalının bütün işçi heyətinə, xüsusilə başda Sevda Əlizadə olmaqla hər kəsə dərin təşəkkürümüzü bildiririk. Bu cür təşəbbüslər gələcəkdə də davam etdirilərək, ehtiyacı olan ailələrin həyatına dəstək verməyi hədəfləyir.